Xankəndidə qaz infrastrukturundan Azərbaycan vətəndaşları yararlana biləcək
01 aprel 2022 11:57 (UTC +04:00)

Xankəndidə qaz infrastrukturundan Azərbaycan vətəndaşları yararlana biləcək

“Xankəndi daxil olmaqla Qarabağ iqtisadi zonasına daxil olan ərazilər ötən əsrin 80-ci illərində Azərbaycan tərəfindən qazlaşdırılıb, infrastruktur yaradılıb”. 

Lent.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işğal dövründə bu kommunikasiyaların böyük qismi ermənilər tərəfindən dağıdılıb, viran qoyulub.

T.Cəfərov bildirib ki, Xankəndi şəhərinə gedən qaz xəttində “Azəriqaz” tərəfindən müəyyən təmir-bərpa işləri aparılıb: 

“Həmin ərazilər Azərbaycanın suveren ərazisidir və orada nə işlər görülürsə, yalnız Azərbaycan tərəfindən görülə bilər. Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur. Növbəti mərhələlərdə nəzərdə tutulub ki, bütün o ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada müasir tələblərə cavab verməli və tam şəkildə yenidən qurulmalıdır. O cümlədən Xankəndi şəhərinin qaz təchizatı sisteminin də yenidən qurulması nəzərdə tutulur. Həmin ərazilərdə qurulacaq infrastrukturdan Azərbaycan vətəndaşları normal şəkildə yararlana biləcəklər”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3723
avatar

Oxşar yazılar