“Lukoyl”un rəhbəri Vahid Ələkbərov şirkətdən ayrılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, “Lukoyl”un rəhbəri Vahid Ələkbərov ona qarşı tətbiq edilən şəxsi sanksiyalar fonunda şirkətdən ayrıldığını açıqlayıb.
Bildirilir ki, Ələkbərov eyni anda iki vəzifəni - Direktorlar Şurasının sədrliyi və prezident postunu tərk edəcək.
"Müvafiq istefa məktubları bu gün şirkətin direktorlar şurasının sədrinə göndərilib”, - şirkətdən bildirilib.