"Unibank"ın mobil əlavəsi ilin ən yaxşı mobil tətbiqi seçilib
20 dekabr 2021 15:35 (UTC +04:00)

"Unibank"ın mobil əlavəsi ilin ən yaxşı mobil tətbiqi seçilib

“Unibank”ın mobil əlavəsi olan UBank maliyyə və biznes sahəsində ilin ən yaxşı mobil  tətbiqi seçilib. UBank səsvermənin və münsiflərin dəyərləndirməsində yüksək göstərici əldə edərək, ən yaxşı mobil əlavə kimi NETTY2020/2021  Milli İnternet Mükafatını alıb. UBank artıq ikinci dəfədir ki, bu yüksək mükafata layiq görülür.

UBank hazırda ölkə bank müştərilərinin ən çox istifadə etdiyi bank mobil əlavələri içərisində ilk yerlərdədir. Hazırda 1,2 milyondan artıq istifadəçisi olan mobil tətbiq, ölkədəki digital transformasiya və innovasiya trendinin liderlərdən biridir. UBank-ın aktiv istifadəçiləri əməliyyatların 90%-ni bank filiallarına gəlmədən həyata keçirirlər. UBank təkcə "Unibank" müştərilərinin deyil, həm də bankın müştərisi olmayan şəxslər üçün də çox rahat və əlverişli platformadır. Hazırda 300 000-dən çox şəxs Unibank müştərisi olmadan belə, UBank-dan aktiv istifadə edir. 

Qoşulması çox asan olan UBank mobil bankçılıq vətəndaşlarımızı məsafədən təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.

# 1344
avatar

Oxşar yazılar