"Unibank" Qarabağ Dirçəliş Fonduna dəstəyinə görə sertifikat alıb
09 sentyabr 2021 12:57 (UTC +04:00)

"Unibank" Qarabağ Dirçəliş Fonduna dəstəyinə görə sertifikat alıb

"Unibank" işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinə dəstək verdiyi üçün Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi sertifikata layiq görülüb. Fond rəhbərliyi tərəfindən "Unibank" KB ASC-nin Müşahidə Şürasının sədri Eldar Qəribova Qarabağ Dirçəliş Fondunun “İanə Sertifikatı” təqdim edilib. Təqdimat ötən gün Fondun Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşündə həyata keçirilib. Qeyd edək ki, "Unibank" tərəfindən “Qarabağ Dirçəliş Fondu”na 100.000 manat vəsait köçürülüb.

"Unibank öz" dəstəyi ilə yanaşı, Fonda ianə etmək istəyən hər kəs üçün platforma da təqdim edib. İsər fiziki şəxslər, istərsə də sahibkarlar UBank mobil tətbiqinin “hökumət ödənişləri” bölümünə daxil olaraq, Qarabağ Dirçəliş Fonduna vəsait köçürə bilərlər.

"Unibank" 29 ildən artıq fəaliyyəti dövründə həyata keçirdiyi çoxsaylı KSM layihələri ilə ölkə bank sektorunda hər zaman fərqlənib. Qarabağın yenidən qurulmasında iştirakla yanaşı, şəhid və qazi ailələri ilə bağlı sosial layihələrin həyata keçirilməsi də Bankın KSM fəaliyyəti istiqamətində prioritetləri siyahısındadır. Ötən ilin noyabrından Unibank şəhid Şahin Allahyarovun övladını 18 ildən artıq müddətə himayəyə götürüb. Bu ilin martında şəhid Tural
Məmmədovun ailə üzvləri Bank tərəfindən yeni evlə təmin olunub.

"Unibank" hazırda şəhid və qazi ailələri ilə bağlı dəstək layihələrini davam etdirir. Bank özünüməşğulluq layihəsi çərçivəsində şəhid və qazi ailələrinin şəxsi biznesinin yaradılmasına dəstək olur. Təkcə iyul-avqust aylarında 4 şəhid ailəsi və bir nəfər qazi Unibank tərəfindən heyvandarlıq paketi ilə təmin olunub. Bundan başqa bankın müxtəlif layihələri, eləcə də “UCAN” layihəsi çərçivəsində davamlı olaraq şəhid və qazi ailələrinə baş çəkilir, onlara dəstək olunur.

# 1116
avatar

Oxşar yazılar