"Unibank" kiçik və orta sahibkarlar üçün sərfəli kredit kampaniyasının vaxtını uzadıb. Biznes sahibləri aprelin 30-dək daha aşağı faizlə kredit götürə bilərlər.
Biznesin ən uğurlu inkişaf fəsli olan baharda, "Unibank" kiçik və orta sahibkarlar üçün sərfəli maliyyə vəsaitinin doğru ünvanına çevrilib. Biznesini daha da böyütmək, inkişaf etdirmək istəyən sahibkarlar kampaniya çərçivəsində 3%-dək endirimli biznes kreditini 0% komissiya ilə götürmək imkanı qazanırlar.
Kampaniyadan faydalanmaq istəyən sahibkarlar ayın sonunadək həftə içi “Unibank”ın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.
"Unibank" hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Bankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://www.instagram.com/unibank.az/ https://twitter.com/unibank) əldə etmək olar.
"Unibank" - biznesinizə daimi dəstək!