Transxəzər birləşdirici qaz kəməri 400 mln. dollara başa gələ bilər
30 mart 2022 19:51 (UTC +04:00)

Transxəzər birləşdirici qaz kəməri 400 mln. dollara başa gələ bilər

Türkmənistandan Azərbaycan ərazisi ilə digər ölkələrə qaz magistralının yaradılması layihəsi, ilkin hesablamalara görə, 400 mln. ABŞ dolları investisiya tələb edir və təxminən dörd aya reallaşa bilər.

Lent.azAPA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Neft və Qaz Forumu zamanı “Trans Caspian Resources” şirkətinin məşvərət komitəsinin direktoru Natali Kostello deyib.

Layihənin həyata keçirilməsi üçün baza Türkmənistan və Azərbaycanın Xəzər dənizində mövcud olan infrastrukturu olacaq. Transxəzər birləşdiricisi Türkmənistana bu növ yanacağa ehtiyacı olan ölkələrə ildə 10-12 mlrd. kubmetr təbii qaz tədarükünü təşkil etməyə imkan verəcək.

Kostellonun sözlərinə görə, Aşqabad öz resurslarının ixracı üçün əlavə istiqamət əldə edəcək və onların tədarükünü şaxələndirəcək.

Qeyd edək ki, Türkmənistanda təbii qazın ümumi ehtiyatları 50 trln. kubmetr həcmində qiymətləndirilir. Hazırda Türkmənistan Çin və Rusiyaya “mavi yanacaq” ixrac edir və Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin tikintisi də davam edir.

# 1659
avatar

Oxşar yazılar