ABŞ prezidenti Donald Trampın "Uralkaliy"in keçmiş sahibi və "Monako" futbol klubunun prezidenti Dmitri Rıbolovlevə 96 milyon dollar borcu olduğu iddia edilir.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu məlumat ABŞ Ədliyyə Nazirliyinib amerikalı maliyyəçi Ceffri Epşteynə məxsus elektron poçtların açıqlaması çərçivəsində üzə çıxıb.
Epşteynin 2019-cu ilin fevral ayında jurnalist Maykl Uolfla yazışmalarına görə, Donald Tramp rusiyalı iş adamına daşınmaz əmlak sövdələşmələrində kömək üçün 96 milyon dollar borclu olub. İddialara görə, Rıbolovlev 2008-ci ildə gələcək ABŞ prezidentinin şirkətindən daşınmaz əmlakın alınmasında vasitəçilik edib və bununla da onu “Deutsche Bank”dan 600 milyon dollarlıq krediti ödəmək məcburiyyətindən xilas edib.
"Trampın 45 illik biznes karyerası haqqında kitablar və qəzet məqalələri onun şübhəli əməliyyatlarına istinadlarla doludur və onun prezidentliyi yalnız onları vurğulamağa və daha da iyrənc əməliyyatları ifşa etməyə xidmət edib", - Uolff məktubda bildirib.
Lakin yazışmalarda Trampın rusiyalı milyarderə olan borcu sonda geri qaytarıb-qazanmadığı barədə heç bir məlumat yoxdur.