Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sürücülərə müraciət edib.
Lent.az-ın xəbərinə müraciətdə qeyd olunub ki, aprelin 2-si saat 09:00-dan aprelin 3-ü saat 20:00-dək Bakı şəhəri, Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən prospektin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindən Ziya Bünyadov prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən, Səbail rayonu, Şamil Əzizbəyov küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan hissəsində isə tam məhdudlaşdırılacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - müraciətdə qeyd edilir.