Azərbaycanın ilk gigiyenik kağız markası “SUN” ənənəvi olaraq bölgə əhalisini şəxsi gigiyena mövzusu ilə bağlı maarifləndirmə layihələrini davam etdirir.
Bu dəfə “Sun” layihəni Azərbaycanın cənub bölgəsinin Lənkəran rayonununun Gəgiran, Diryan, Günəhir, Osakücə, Astara rayonunun Tüləgüvən, Ojakəran, Sipiyəpart, Lövəyin, Cəlilabad rayonunun Üçtəpə, Alqasımlı, Məhəmmədhadı, Uzuntəpə, Masallı rayonunun Xıl, Qızılağac, Qarğalıq, Çaxırlı, Öncəqala kəndlərində həyata keçirdi.
Adıçəkilən markanın heyəti həkimlərlə birgə qapıdan qapıya gəzərək tualet kağızı istifadə edilmədikdə yayılan xəstəliklər və bunun fəsadları barədə kənd əhalisi məlumatlandırdı.
Həkim bu kağızların özlərinin mikrob daşıyıcısı olduğunu və qeyri-sanitar şəraitdə hazırlanması barədə sakinlərə məlumat verərək təhlükələri izah etdi. Tualet kağızından istifadə etmədikdə yarana biləcək yoluxucu xəstəliklər barədə məlumatlanan sakinlər məsələyə daha həssas yanaşacaqlarını və marketlərdə “SUN” tualet kağızlarını axtaracaqlarını bildirdilər.
Layihədə iştirak edək bölgə əhalisi “SUN” markasının əsas hədəfini də anladı:
Əsas məqsədimiz – Sun ilə gələcək sağlam olSUN!