SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) İtaliyanın aparıcı yanacaqdoldurma stansiyaları şəbəkələrindən olan “Italiana Petroli”ni (IP) almaq üçün müqavilə imzalayıb.
Lent.az xəbər verir ki, təxminən 2,5 milyard avro dəyərində olan bu razılaşma SOCAR-ın Avropa enerji bazarındakı mövqeyini xeyli gücləndirəcək.
90 illik tarixə malik IP, 4.500-dən çox stansiya və illik 10 milyon ton gücündə iki neftayırma zavodu ilə fəaliyyət göstərir. SOCAR prezidenti Rövşən Nəcəf bu addımın Azərbaycan–İtaliya iqtisadi və enerji əlaqələrini daha da möhkəmləndirəcəyini bildirib.