SOCAR-ın 4 vitse-prezidenti vəzifəsindən azad edildi - SƏRƏNCAM  - YENİLƏNİB
19 iyul 2021 14:46 (UTC +04:00)

SOCAR-ın 4 vitse-prezidenti vəzifəsindən azad edildi - SƏRƏNCAM - YENİLƏNİB

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Dövlət Neft Şirkətinin (SOCAR) dörd vitse-prezidentinin vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.

Lent.az-ın məlumatına görə, sərəncamlara əsasən, SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Bəhlul oğlu Hüseynov, vitse-prezident Mikayıl İsmayıl oğlu İsmayılov, vitse-prezident Tofiq Ridvan oğlu Qəhrəmanov və şirkətin emal üzrə vitse-prezidenti David Niyazi oğlu Məmmədov vəzifələrindən azad edilib.

Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

***

14:32

Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.

Lent.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Azərbaycan Prezidentinin digər sərəncamı ilə Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Dövlət başçısının daha bir sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Hər üç sərəncam imzalandığı gündən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3585
avatar

Oxşar yazılar