Sərnişindaşımanın dayandırılması ilə bağlı əhaliyə ÇAĞIRIŞ
18 dekabr 2020 17:04 (UTC +04:00)

Sərnişindaşımanın dayandırılması ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən dekabrın 19-u saat 00:00-dan dekabrın 21-i səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımalar dayandırılacaq.  

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, həmin tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq: 

"Bir daha vətəndaşlarımızı sosial anlayış nümayiş etdirərək şəxsi və milli sağlamlığımız naminə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar