Rusiyadan kapital axını  rekord həddə çatdı
12 aprel 2022 10:22 (UTC +04:00)

Rusiyadan kapital axını rekord həddə çatdı

2022-ci ilin birinci rübündə Rusiyadan xalis kapital axını rekord həddə çatıb və 2014-cü ildən bəri ən böyük göstərici olub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə məlumat ölkənin Mərkəzi Bankının saytında yerləşdirilib. 

Mərkəzi Bankın statistikasına əsasən, ilin ilk üç ayı ərzində ölkədən kapitalın xalis çıxışı (axın minus daxilolma) 64,2 milyard dollar təşkil edib (bir il əvvəl 17,5 milyard idi).

Mərkəzi Bankın təsnifatına uyğun olaraq kapitalın xaricə çıxarılması (və ya ixracı) Rusiya rezidentlərinin iştirakı ilə hər hansı qanuni valyuta əməliyyatları hesab olunur. Bunlara fiziki şəxslər tərəfindən xarici valyutanın alınması və hüquqi şəxslərin xarici hesablara köçürmələri, xarici şirkətlərə kreditlərin verilməsi, xarici bankda kreditə xidmət göstərilməsi və qeyri-rezidentlər tərəfindən alınmış istiqrazlar daxildir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3492
avatar

Oxşar yazılar