Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti vəzifəsini icra edəcək
10 fevral 2022 15:35 (UTC +04:00)

Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti vəzifəsini icra edəcək


Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Lent.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5418
avatar

Oxşar yazılar