21:13 5 aprel 2021

Qızıl, gümüş, platin və sikkələr rüsumdan azad edildi

Azərbaycana gətirilən işlənməmış və ya yarımişlənmiş, yaxud toz şəkildə gümüş (qızıldan və ya platindən qalvanik örtüklü gümüş daxil olmaqla), işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində qızıl (platindən qalvanik örtüklü qızıl daxil olmaqla), işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində platin 15 faiz idxal gömrük rüsumundan azad edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı  “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Eyni zamanda zərgərlik məmulatlarının qalvanik örtüyü olan və ya olmayan qiymətli metallardan, üzərinə qiymətli metallar çəkilmiş və ya çəkilməmiş qiymətli metallardan olan hissələri, qızıl və ya gümüş ustalarının məmulatları və onların qiymətli metallardan və ya üzərinə qiymətli metallar çəkilmiş metallardan hissələri, eyni zamanda rəsmi ödəniş vasitəsi olmayan sikkələr (qızıldan başqa) istisna ilə digər sikkələr 15 faiz idxal gömrük rüsumundan azad olunub.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

# 759
avatar

Oxşar yazılar