Qazdan istifadə limitləri ilə bağlı göstəricilər açıqlandı - RƏSMİ
08 aprel 2022 11:55 (UTC +04:00)

Qazdan istifadə limitləri ilə bağlı göstəricilər açıqlandı - RƏSMİ

Bu ilin yanvar-mart ayında əhali qrupu üzrə abonentlərin 80%-i (1 970 000 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib.

Lent.az-ın məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

R. Əliyevin sözlərinə görə, 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 20% və ya 487 min abonent keçib.

Aprelin 1-nə olan məlumata görə, "Azəriqaz" üzrə istismarda olan sayğacların sayı 2 419 192 ədəddir, bunların 63%-i sonradan ödənişli (mexaniki), 37%-i smart-kart tipli cihazlardır.

Xatırladaq ki, ötən il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edildi. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırıldı. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanıldı. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2610
avatar

Oxşar yazılar