“Rosselxoznadzor”un Dağıstan Respublikası İdarəsinin müfəttişləri 1-18 fevral tarixlərində Azərbaycan Respublikasından ümumi çəkisi 50,4 ton olan 3 təzə pomidor partiyasını saxlayıblar.
“APA-Economics”in “Rosselxoznadzor”a istinadən verdiyi məlumata görə, tərəvəzlərdə təhlükəli karantin obyekti – Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta Povolny) aşkar edildiyi üçün Rusiya Federasiyası ərazisinə gətirilməsi qadağan edilib. Pomidor partiyalarının saxlanılmasına səbəb laboratoriya nəticələri olub.
Məhsul yenidən Azərbaycana qaytarılıb.