Parlamentdə büdcədən oğurlayan məmurlar  barədə məlumat istənildi
20 aprel 2022 16:19 (UTC +04:00)

Parlamentdə büdcədən oğurlayan məmurlar barədə məlumat istənildi

“Son bir neçə ildə Hesablama Palatasının peşəkarlığının artmaqda olduğu göz önündədir”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, dəyişikliklər artıq özünü göstərir: “Biz büdcədən oğurlayan məmurların aqibəti barəsində məlumat istədiyimizi daha əvvəllər demişdik. Büdcəyə hesabat ilində 34 milyona yaxın vəsait bərpa olunub. Amma yenə də bəzi məmurlar büdcədən xımır-xımır vəsaitləri yeyirlər. Biz buna görə ictimai nəzarəti də artırmalıyıq. Bununla bağlı dinləmələr də keçirə bilərik. Hesablama Palatasının hesabatında hüquq-mühafizə orqanlarına verilən məlumatların aqibəti ilə bağlı məlumat da əksini tapsa, yaxşı olar”.

R. Quliyev Azərbaycanda insanların 90 faizinin İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətindən narazı olduğunu vurğulayıb: “Yüzlərlə adam bu şikayətlərlə bizə müraciət edir. Biz də İTSDA-ya müraciət edirik və minlərlə məsələ bu gün hələ də həllini tapmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1698
avatar

Oxşar yazılar