“OMİD” daha bir mağazasını Xətai rayonunda istifadəyə verdi
10 iyul 2021 09:00 (UTC +04:00)

“OMİD” daha bir mağazasını Xətai rayonunda istifadəyə verdi

Keyfiyyətli məhsulu ən uyğun qiymətə müştərilərə təklif edən, inşaat mallarının satışı üzrə Azərbaycanın tanınmış şirkətlərindən olan “OMİD” MMC daha bir satış mərkəzinin açılışını edib. Yeni mağaza Bakı şəhəri, Xətai rayonu, Lüfi Zadə küçəsi 16A ünvanında yerləşir. Burada təmir və dizaynla bağlı iyirmi mindən çox çeşiddə məhsul sərfəli qiymətlərlə alıcılara təklif olunur.

 Mağaza daxilində müştərilərin rahat seçim və vaxtlarına qənaət etmələri üçün boya, yapışdırıcı, plastik boru və fitinqlər, gips, alçı, o cümlədən məşhur markalara məxsus istilik sistemləri, divar kağızları, çilçıraqlar, müxtəlif növdə elektrik, məişət malları, ev aksesuarları, ən müasir usta alət və texnikalarının sərgiləndiyi xüsusi bölmələr qurulub. Məhsulları həm nağd, həm də hissəvi ödəniş ilə almaq mümkündür.  “OMİD” MMC alıcıların tələb və ehtiyaclarının operativ, çevik şəkildə qarşılanması üçün 890 qısa nömrəsini istifadəyə verib. Müştərilər həmin nömrə ilə  əlaqə saxlayıb istədikləri məlumatları asanlıqla əldə edə bilərlər.

Açılış münasibətilə mağazada seçilmiş məhsullara 50%-dək endirim kampaniyasına start verilib. Kampaniya iyulun 31-dək davam edəcək. Tələsin! Endirimlərdən siz də faydalanın! Satış mərkəzi həftənin bütün günləri səhər saat 09:00-dan axşam 19:00-a qədər xidmət göstərir.

OMİD-Ən uyğun qiymət bizdə!

Xeyirli alış-verişlər...
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2907
avatar

Oxşar yazılar