Cənubi Afrika Respublikasında (CAR) son 24 saatda koronavirusa yoluxanların sayı 16 080, bir gün əvvəl isə 20 713 nəfər qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Milli Yoluxucu Xəstəliklər İnstitutu məlumat yayıb.
Omikron ştamının yayılmasından bəri – noyabrın 25-dən etibarən ən çox yoluxma sayı ilk dəfə olaraq KvaZulu-Natal ştatında olub. Ştatda 4202 yoluxma aşkar edilib.
Paytaxt Qautenqdə isə 3,430 yoluxma halı təsdiqlənib.
Yoluxma diaqnozu ilə xəstəxanalara 215 nəfər müraciət edib, bir gün əvvəl isə bu rəqəm 439 olub.
Xəstəxanaya yerləşdirilənlərin ümumi sayı 7915 nəfərdir. Onlardan 48 nəfəri ölüb, bir gün əvvəl isə 35 xəstənin öldüyü bildirilir.
Ölkə üzrə koronavirusa yoluxmuş aktiv xəstələrin ümumi sayı 209 975 nəfərdir.