18 iyun 2021 14:39 (UTC +04:00)

Ödənişləri mobil tətbiqlə et, 10 faiz kəşbək qazan!

Azərbaycan Beynəlxalq Bankı IBA Mobile tətbiqinin istifadəçiləri üçün sərfəli bir kampaniyaya start verib. Kampaniya dövründə IBA Mobile tətbiqi üzərindən ilk dəfə ödəniş edərək və məhz kommunal, stasionar telefon, TV və ya internet ödənişlərini həyata keçirən müştərilər bu ilk ödəniş üzrə bir dəfə 10% məbləğində kəşbək qazanacaqlar. Bu imkandan kampaniyanın elan edildiyi gündən etibarən 45 gün ərzində faydalanmaq mümkündür.

Kampaniyadan IBA Mobile tətbiqində qeydiyyatdan keçmiş hər kəs, o cümlədən Bankın müştərisi olmadan istifadə edən şəxslər də yararlana bilər. Kəşbəklər hər istifadəçiyə maksimum 10 manatı keçməməklə verilir. Kəşbək məbləğləri kampaniya bitdikdən sonra 3 (üç) iş günü ərzində müştərinin kart hesabına köçürüləcək. Kampaniya barədə daha ətraflı məlumatı buradan əldə etmək olar.

Azərbaycan Beynəlxalq Bankının IBA Mobile tətbiqi gündəlik bank əməliyyatlarını sadə və sürətli şəkildə aparmağa imkan verən rəqəmsal bank xidmətidir. Bu tətbiqdən istifadə edərək bir çox bank əməliyyatlarını cəmi bir toxunuşla aparmaq mümkündür. Tətbiqi buradan mobil telefonunuza yükləyib bir çox üstünlüklərindən yararlana bilərsiniz.    

# 537
avatar

Oxşar yazılar