“Norm” ASC şəffaf rəqabət mühitini davamlı olaraq dəstəkləyir
27 avqust 2021 17:47 (UTC +04:00)

“Norm” ASC şəffaf rəqabət mühitini davamlı olaraq dəstəkləyir

Bütün müştərilərlə münasibətlərini bərabər hüquqlu əsaslarla təşkil edən və beynəlxalq standartlara uyğun məhsul istehsal edən “Norm” ASC 26.08.2021-ci il tarixində mətbuatda yayımlanan və kontragentə məcburi şərtlər qəbul etdirilməsi ilə bağlı yazılan məlumatlarla əlaqədar bildirir ki, şirkət 100-dən çox korporativ müştəri ilə əməkdaşlıq edir və yalnız dörd müştəri ilə bağlanmış müqavilədə texniki səhvə yol verilmişdir.

Habelə, texniki səhv olaraq müqavilədə əks olunan bənd aşkar olunan kimi, dərhal tərəfimizdən aradan qaldırılmış və qısa müddət ərzində bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilmişdir. Qeyd edilən məqam məhsulun istifadəçiləri olan müştərilərə aid olmayıb, yalnız dörd kontragentlə əlaqəli olub. Müqavilədəki texniki səhvlə bağlı şirkətimiz heç bir mənfəət və üstünlük əldə etməmiş, bununla bağlı heç bir fiziki və hüquqi şəxs zərər çəkməmişdir.

Fəaliyyətinin əsas prinsipi müştəri məmnuniyyəti olan “Norm” ASC tərəfindən bazar iştirakçılarının mənafeyinin qorunması məqsədilə satış şərtləri və əlaqədar digər məlumatların şirkətin rəsmi internet səhifəsində yerləşdirilməsi və müraciət mexanizminin asanlaşdırılması üzrə xüsusi bölmənin yaradılması təmin edilmişdir.

Həmçinin, müəssisədaxili sənədlərin antiinhisar qanunvericiliyinin tələblərinə, müştərilərin maraqlarına uyğun hazırlanması və tətbiqi baxımından “Norm” ASC bir sıra qurumlarla, xüsusən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə sıx əməkdaşlıq edir. Qeyd olunan məsələlərlə bağlı qurum mütəmadi olaraq şirkətə metodiki köməklik göstərməkdədir.

“Norm” ASC bazarda mövcud keyfiyyətsiz sement istehsalçıları ilə mübarizə sahəsində də mütəmadi olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə qarşılıqlı əməkdaşlıq edir. Şəffaflığın təmin edilməsi və bazarın keyfiyyətli məhsullarla təchiz edilməsi istiqamətində hər zaman göstərdiyimiz səylər bundan sonra da davam etdiriləcəkdir.

Qeyd edək ki, “Norm” şirkəti Avropa istehsalı olan müasir texnoloji avadanlıqların tətbiqi sayəsində ən son yerli və beynəlxalq standartlara cavab verən məhsullar istehsal edir. Bununla yanaşı, “Norm” ASC Cənubi Qafqaz regionunda quyu-tamponaj sənayesində etimadnamə kimi qəbul edilən API (American Petroleum Institute) sertifikatını əldə edən ilk müəssisədir. Beləliklə, zavod yerli və xarici bazarlara API standartlarına uyğun, keyfiyyət və etibarlılıq baxımından xüsusi tərkibə malik olan quyu-tamponaj sementini təqdim etməkdədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1698
avatar

Oxşar yazılar