Rusiya yanacaq-energetika sektoruna qarşı sanksiyalara görə əslində nə qədər itirəcək?
Lent.az-ın xai mediaya istinadla məlumatına görə, Rusiyanın ticarət dövriyyəsinin 51,2 faizi, yanacaq və enerji ixracının 66,6 faizi (178,1 milyard dollar) Rusiyaya qarşı sanksiyaları dəstəkləyən Avropa İttifaqı və digər ölkələrin payına düşüb.
Bu barədə “Finexpertiza” analitiklərinə istinadən “The Bell” məlumat yayıb.
2021-ci ildə Rusiyanın bu ölkələrlə dövriyyəsi 360 milyard dollara və ya ölkənin ümumi xarici ticarətinin 45,8 faizinə çatıb.
Avropa İttifaqı Rusiyanın ən böyük ticarət tərəfdaşı olub və ötən il ticarət dövriyyəsinin 36 faizini təmin edib, Çin ikinci, MDB ölkələri isə üçüncü yerdə olub.
“Rusiyanın bütün yanacaq və enerji ixracının tam üçdə ikisi və ya 66,7 faizi (178,1 milyard dollar) Rusiyaya qarşı sanksiyaları dəstəkləyən 48 ölkənin payına düşüb”, - aradırmada qeyd olunur.
Nəzərə almaq lazımdır ki, ümumi ixracın 56,4 faizini məhz enerji və yanacaq təşkil edib.
Rusiyanın neft hasilatı dövrünün sonu
Geoiqtisadiyyat tədqiqatçısı və geosiyasət üzrə “Zeihan on Geopolitics” tədqiqat şirkətinin təsisçisi Peter Zeyhan hesab edir ki, Rusiyanın neft sənayesi erası tezliklə sona çatacaq.
Məsələ burasındadır ki, Kreml Qərbin texnoloji yardımını itirəcək, bunsuz Rusiyada neft hasilatı 50 faiz azalacaq və bundan sonra onu bərpa etmək mümkün olmayacaq.
Zeyhan xatırladıb ki, soyuq müharibədən sonra Rusiyanın “qara qızıl” hasil etməyə başlaması üçün 32 il və dünya şirkətlərinin köməyi lazım olub.