Neft qiyməti son 10 ildə REKORDA ÇATDI
07 mart 2022 04:15 (UTC +04:00)

Neft qiyməti son 10 ildə REKORDA ÇATDI

"Brent" markalı neftin qiyməti bir barel üçün 130 dolları ötüb.

Lent.az xəbər verir ki, Bakı vaxtı ilə saat 03:28-ə olan məlumata görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 9,35% artaraq bir barel üçün 129,06 dollar olub.

Qərbi Texas markalı neftin aprel fyuçersləri 9,68% artaraq 126,12 dollar təşkil edib.

Xatırladaq ki, “Brent” markalı neftin ən yüksək qiyməti 2008-ci ildə, bir barel üçün 143 dollar olub. Həmin tarixdən sonra neftin ən yüksək qiyməti 2012-ci ildə 128 dollar məbləğində olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6744

Oxşar yazılar