Naxçıvana həsr olunmuş xatirə sikkələri - FOTO
09 fevral 2022 19:12 (UTC +04:00)

Naxçıvana həsr olunmuş xatirə sikkələri - FOTO

Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasından 98 il ötür. 

Lent.az-ın xəbərinə görə, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrildi. 

1990-cı ilin 17 noyabrında isə ümummilli liderin təşəbbüsü ilə respublikanın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı. Azərbaycan Mərkəzi Bankı müxtəlif illərdə Naxçıvana həsr olunmuş 3 xatirə sikkəsi buraxıb. 

2009-cu ildə Azərbaycan Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyi münasibəti ilə qızıl və gümüş yubiley pul nişanlarını tədavülə buraxıb.

Texniki arayış

Nominal: 100 Azərbaycan manatı (AZN)
Buraxılış ili: 2009
Buraxılış sayı: 500 ədəd
Kütlə: 31,1 qram (1 unsiya)
Diametr: 37 mm
Material: Qızıl (Au)
Əyar: 999,9

Hər 2 pul nişanının üz tərəfində Naxçıvanın tarixi abidələri, arxa tərəfində isə Azərbaycan xəritəsi və pulun nominalı əks olunub.

Texniki arayış

Nominal: 5 Azərbaycan manatı (AZN)
Buraxılış ili: 2009
Buraxılış sayı: 1 000 ədəd
Kütlə: 31,1 qram (1 unsiya)
Diametr: 37 mm
Material: Gümüş (Ag)
Əyar: 999,9

2014-cü ildə Muxtar Respublikanın 90 illiyi münasibəti ilə daha bir qızıl sikkə tədavülə buraxıldı.

Texniki arayış

Nominal: 100 Azərbaycan manatı (AZN)
Buraxılış ili: 2014
Buraxılış sayı: 1 000 ədəd
Kütlə: 31,1 qram (1 unsiya)
Diametr: 37 mm
Material: Qızıl (Au)
Əyar: 999,9

Sikkənin aversində Möminəxatun türbəsi və İlandağ, reversində Azərbaycanın gerbi təsvir olunub. 

2009-cu il seriyasından olan sikkələr Avstriyanın Muntse Osterreyx zərbxanasında hazırlanıb.

2014-cü ildə tədavülə buraxılan pulları isə Böyük Britaniyanın “The Royal Mint” müəssisəsi ştamplayıb.  

Xatırladaq ki, 1996-2006-cı illərdə dövriyədə olmuş 50 min manatlıq əsginasın da dizaynında Naxçıvan arxitekturası yer alırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2139
avatar

Oxşar yazılar