Ukraynadakı vəziyyətlə əlaqədar hazırda "Nar"ın bu ölkədə rominqdə olan abunəçilərinə əlavə balans yüklənilib.
Məqsəd yaranan narahatlıq şəraitində abunəçilərə daha rahat ünsiyyət yaratmaq imkanlarını yaratmaqdır. Bu məqsədlə hazırda Ukraynada olan "Nar" abunəçilərin nömrələrinin balansına 50 manat məbləğində pul vəsaiti yüklənib.