“Nar” komandası “Breyn Rinq” yarışının yarımfinalına çıxdı
17 may 2021 15:18 (UTC +04:00)

“Nar” komandası “Breyn Rinq” yarışının yarımfinalına çıxdı

“Nar”ın baş sponsorluğu ilə yayımlanan “Breyn Rinq” intellektual yarışının 17-ci mövsümünün ilk yarımfinalçılarının adı məlum olub. ¼ finalda “Nar” və “Norm Sement” komandaları arasında gedən gərgin mübarizə nəticəsində “Nar” komandası qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Beləliklə, “Nar” kuboku uğrunda “Nar” və “Şəki” komandaları, eyni zamanda daha iki qalib komanda yarışacaq.

Qeyd edək ki, bilik yarışının builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda olimpiya sistemi üzrə mübarizə aparır. Qeyd edək ki, yarış hər həftənin cümə günü saat 22:00-da İctimai Televiziyada yayımlanır. Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə hər il olduğu kimi bu il də “Nar”ın “Twitter” səhifəsində yarış keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

Oxşar yazılar