Məşhur qlobal şirkət daha sərfəli uzunmüddətli kampaniyaya başlayıb
14 dekabr 2021 18:43 (UTC +04:00)

Məşhur qlobal şirkət daha sərfəli uzunmüddətli kampaniyaya başlayıb

 

Procter&Gamble şirkəti Umico ilə dekabrın 6-dan başladığı kampaniyada məhsullarının daha sərfəli olduğunu deyir. Keyfiyyəti ilə sərfəli olan P&G brendlərinin məhsullarını alan hər kəs ödədiyi məbləğin, məhsuldan asılı olaraq, 5%-dək hissəsini geri alır.

P&G brendlərinin istehlakçıları keşbəki həm Umico tərəfdaşı olan mağazalarda, həm də tərəfdaş olmayan marketlərdə Umico kartı və ya Umico tətbiqi vasitəsilə geri ala bilirlər. Geri qaytarılmış məbləğlə sərfəli alış-verişi davam etdirib daha çox P&G məhsulu, yaxud da digər məhsullar əldə etmək olar.

Kampaniyada 20 addan artıq P&G məhsulu iştirak edir. Kampaniyanın əsas məqsədi pandemiya çətinliyindən çıxmış istehlakçılara şirkətin məhsullardan istifadə imkanını artırmaqdır.

Qeyd edək ki, P&G Azərbaycanda pandemiya ilə mübarizəyə 460 min manata yaxın vəsait sərf edib. Bu vəsaitin böyük bir hissəsini pandemiya zamanı ehtiyacı olanlara təmizlik və şəxsi gigiyena vasitələri kimi vacib P&G məhsullarının çatdırılması tutub. 

 

Procter & Gamble (P&G) haqqında

P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers, Tide, Ariel, Head & Shoulders, Always, Pantene, Fairy, Blend-a-med, Oral-B, Gillette, Safeguard kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1257
avatar

Oxşar yazılar