Məşhur ada turistlər üçün açıq elan edildi: BİR ŞƏRTLƏ...
26 mart 2021 18:31 (UTC +04:00)

Məşhur ada turistlər üçün açıq elan edildi: BİR ŞƏRTLƏ...

Tailand hökuməti koronavirusa qarşı peyvənd olunan xarici turistlərə iyulun 1-dən etibarən Phuket adasına gəlməyə icazə verəcək.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə Tailandın turizm naziri Phiphat Ratçakitprakarna bildirib.

Onun sözlərinə görə, hökumət Phuketdəki özəl sektorun və iş adamlarının turist qəbuluna hazırlaşmaq üçün ada sakinlərinin ən azı 70%-nin peyvənd edilməsi təklifini təsdiqləyib. Phuket xarici turistlər üçün Tailandın digər regionlarından üç ay tez açılacaq.

# 2601
avatar

Oxşar yazılar