“Medistyle Hospital”la bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ
01 aprel 2022 13:48 (UTC +04:00)

 “Medistyle Hospital”la bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ

“Medistyle Hospital”ın dövlət vergi xidmətinə külli miqdarda borcu olması ilə bağlı bir sıra kütləvi informasiya vasitələrində əsası olmayan, qərəzli məlumatlar yayılıb.

Hospitaldan Lent.az-a bildirilib ki, nizamnamə kapitalı 3 milyon 948 min 855 manat olan "Medistyle" Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 680 min 897 manat 51 qəpik borcu yaranıb.

"Medistyle Hospital” iddia ilə bağlı açıqlama yayıb:

“Yayılan məlumatlar həqiqəti əks etdirmir. Çünki hospitalın Dövlət Vergi Xidmətinə borcu yoxdur. Xəstəxanamız hazırda da yüksək səviyyədə vətəndaş qəbulunu həyata keçirir. Heç bir şöbəmiz bağlanmayıb.”

Hospitaldan bildirilib ki, əsassız məlumat yayan şəxslərlə bağlı hüquqi müstəvidə tədbirlər görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2577
avatar

Oxşar yazılar