7 aprel 2022-ci il tarixində Marketinq Peşəkarları Assosiyasiyasın iclası keçirilib. Ötən aylarda yeni sədri seçilən Elnur Nurəlinin də iştirakı ilə baş tutan bu görüşə ölkənin qabaqcıl reklam agentliklərinin rəhbərləri qatılıb.
Sözügedən görüşdə marketinq sənayesinə aid tender məsələləri müzakirəyə çıxarılıb və fikirlər mübadiləsi edilib. Eyni zamanda, üzvlər birliyin yeni qaydaları və standartlarını təqdim etmək üçün şirkət və hökumət nümayəndələri ilə iclas keçirməyə razılaşıblar.