LİMAK sürətli poçtdaşıma və kuryer şirkəti Rusiyadan daşımalara başlayıb.
Lent.az-ın xəbərinə görə, şirkətin Rusiya Federasiyasında da anbarı fəaliyyət göstərir.
Şirkətin “limak.az” saytı vasitəsilə Rusiya mağazalarından alış-veriş həyata keçirmək mümkündür.
Müştəri sifariş üçün “limak.az” saytındakı hesabına daxil olub, “Xaricdəki ünvanlarım” bölməsindən təqdim olunan Rusiya ünvanını alış-veriş edəcəyi saytda qeyd etməlidir.
Qeyd edək ki, 2019-cu ildə fəaliyyətə başlamış LİMAK-ın Bakı və Azərbaycanın bütün bölgələrində lisenziyalı regional ofisləri fəaliyyət göstərir.
Daha bir neçə ölkədə anbar xidməti olan LİMAK 7/24 rejimdə fəaliyyət göstərir.
Şirkətin peşəkar müştəri xidmətləri *9595 çağrı mərkəzi və bütün sosial platformalardakı online xidmətləri ilə yüksək müştəri məmnuniyyətini təmin edir.
Şirkət Azərbaycan qanunvericiliyi ilə qadağan olunmamış hər növ yükün xarici ölkələrdən Azərbaycana və ölkə daxilində qapıya çatdırılması ilə məşğul olur.
LİMAK müştərilərinə “shopping agent”, anbar, ünvanda təhvil vermə, kütləvi göndərişlərin və poçtdaşımalarının çatdırılması, hava yolu karqo, radioaktiv və digər təhlükəli maddələrin, infeksion və qida maddələrinin daşınması xidmətlərini təklif edir.
LİMAK hazırda Türkiyə, ABŞ, Çin və Rusiyadan daşımaları həyata keçirir.