Külli miqdarda siqaret Azərbaycana buraxılmadı
25 may 2021 19:30 (UTC +04:00)

Külli miqdarda siqaret Azərbaycana buraxılmadı

9 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda "SCANİA", "Ford Cargo", dörd ədəd "Mercedez Benz" və üç ədəd "DAF", markalı yük nəqliyyat vasitələri saxlanılıb. Sorğu-sual zamanı yük nəqliyyat vasitələrinin sürücüləri idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən ümumilikdə 20 800 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

# 1512
avatar

Mehman Nəbiyev

Oxşar yazılar