"Kapital Bank" yenilənən Ağstafa filialını istifadəyə verdi
17 noyabr 2021 10:36 (UTC +04:00)

"Kapital Bank" yenilənən Ağstafa filialını istifadəyə verdi

"Kapital Bank" müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Ağstafa filialı, Ağstafa şəhəri, Cəfər Cabbarlı küçəsi, 25A ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

"Kapital Bank"ın Ağstafa filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, "Kapital Bank" 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

 

# 1116
avatar

Oxşar yazılar

DİQQƏT!  “Kupça”sı olmayanlar ehtiyatlı olun, yoxsa… - SƏDR DANIŞDI

DİQQƏT! “Kupça”sı olmayanlar ehtiyatlı olun, yoxsa… - SƏDR DANIŞDI

7 fevral 2023 , 16:01
"Azəriqaz"da canlı yayım OLACAQ

"Azəriqaz"da canlı yayım OLACAQ

7 fevral 2023 , 15:33
"Nissan"ın keçmiş zavodu 1 avroya  satıldı

"Nissan"ın keçmiş zavodu 1 avroya satıldı

7 fevral 2023 , 15:21
“Kupça”sı olmayan evlər necə sığortalanacaq? – RƏSMİ CAVAB

“Kupça”sı olmayan evlər necə sığortalanacaq? – RƏSMİ CAVAB

7 fevral 2023 , 12:27
ABB Riyaziyyat Yarışmasının qalibləri seçildi

ABB Riyaziyyat Yarışmasının qalibləri seçildi

7 fevral 2023 , 12:13
Sənədsiz evlərin aqibəti necə olacaq? - SƏDR AÇIQLADI

Sənədsiz evlərin aqibəti necə olacaq? - SƏDR AÇIQLADI

7 fevral 2023 , 11:42
Mikayıl Cabbarov Naxçıvana gedib

Mikayıl Cabbarov Naxçıvana gedib

7 fevral 2023 , 09:27
"Azəriqaz"da növbəti görüş Mingəçevirdə  OLACAQ

"Azəriqaz"da növbəti görüş Mingəçevirdə OLACAQ

6 fevral 2023 , 17:24