Kapital Bank “YAŞAT” Fonduna yarım milyon manat köçürdü
24 dekabr 2020 17:47 (UTC +04:00)

Kapital Bank “YAŞAT” Fonduna yarım milyon manat köçürdü

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan “YAŞAT” Fonduna vəsait ayırıb. Bank fondun hesabına yardım məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il fərmanı ilə yaradılan “YAŞAT” Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb. Bir sıra iri holdinq və şirkətlər kimi Kapital Bank da müəyyən məbləği, qeyd olunan hesaba köçürtdü. Həmçinin PAŞA Qrup şirkətləri tərəfindən “YAŞAT” Fonduna ümumilikdə 2 milyon manat vəsait ianə edilib.

 

Qeyd edək ki, ölkə başçısı tərəfindən yaradılan fondun əsas məqsədi Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçuların və şəhidlərin ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi, maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsidir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

# 1626
avatar

Oxşar yazılar