® Kapital Bank tələbələrin inkişafı üçün növbəti tədbiri keçirdi
16 iyun 2022 14:10 (UTC +04:00)

®Kapital Bank tələbələrin inkişafı üçün növbəti tədbiri keçirdi

Kapital Bank-ın təşkilatçılığı ilə İdarəetmə üzrə Beynəlxalq ekspert və məsləhətçi “GDG Professionals” şirkətinin rəhbəri Gülzar Quliyevanın təqdimatında “Yeni Dünya, Yeni Sən” başlığı altında məlumat sessiyası keçirilib. Sessiyada Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti kimi təhsil müəssisələrinin tələbələri fəal şəkildə iştirak ediblər.

Təqdimat zamanı səsləndirilən fikirlər iştirakçılar arasında böyük marağa səbəb olub. Tələbələr “yeni dünya”nın xüsusiyyətləri və onun diktə etdiyi vərdişlər, dəyişiklikləri fürsətə çevirmənin yolları, emosional zəka, gələcəyə baxış, iş müsahibələrinə hazırlıq kimi günümüzdə böyük tələbatla qarşılanan mövzuları interaktiv şəkildə müzakirə edib, fərdi və qrup işləri çərçivəsində həm öz biliklərini, həm də kommunikasiya bacarıqlarını artırıblar.

Tədbirin yekununda gənclər bu cür informativ sessiyaların onların öz gələcək karyera yolunu müəyyənləşdirməsində çox faydalı və təkanverici bir amil olduğunu vurğulayıblar. İştirakçılar şəxsi inkişaf, özünə inam, motivasiya və bir sıra fərqli mövzularda sessiyaların davam etdirilməsi ilə bağlı öz gözləntilərini səsləndirib və sessiyadan müsbət təəssüratlarla ayrılıblar.  

Kapital Bank mütəmadi olaraq təhsil layihələrinə diqqət ayırır. Bankın Beynəlxalq Təhsil Sərgisində, Respublika Fənn Olimpiadasında, Azərbaycan üçün öyrət, “Təhsil Avtobusu”, “Bir ideyam var”, Sabah qrupları kimi müxtəlif layihələrdə iştirakı, habelə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti və digər təhsil müəssisələri ilə birgə fəaliyyəti buna əyani sübutdur. Yaxın gələcəkdə də, təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1953
avatar

Oxşar yazılar