"Kapital Bank" Rusiyanın nəhəng bankı olan "Sberbank" ilə pul köçürməsi sahəsində əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində "Kapital Bank" "Sberbank" tərəfindən tərtib edilən mobil telefon nömrəsi vasitəsilə ani pul köçürmə sisteminə qoşulub.
Hazırda "Kapital Bank"a məxsus kartlara "Sberbank"ın mobil tətbiqi vasitəsilə pul köçürmək mümkündür. Bu üsulla maksimum məbləği sutka ərzində 150 000 Rusiya rublu civarında olan köçürmələr zamanı 1% (minimum 30 Rusiya rublu) komissiya haqqı tutulur. "Sberbank"ın mobil tətbiqi üzərindən köçürmələr Rusiya rublu valyutasında icra edilir, kartlara isə "Kapital Bank"ın kursuna əsasən manat valyutasında mədaxil olunacaq.
Ölkənin birinci bankı olan "Kapital Bank" "PASHA Holding"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.