"Kapital Bank" sahibkarlara sərfəli ipoteka krediti təqdim edir
14 iyul 2021 11:01 (UTC +04:00)

"Kapital Bank" sahibkarlara sərfəli ipoteka krediti təqdim edir

“Kapital Bank” bizneslə məşğul olan şəxslər üçün sərfəli şərtlərlə ipoteka kreditləşməsi təklif edir.

Belə ki, artıq bizneslə məşğul olan sahibkarlar 10 ilədək müddətə, illik 10%-lə başlayan ipoteka krediti vasitəsilə daşınmaz əmlak əldə edə bilərlər.

“Kapital Bank”ın təqdim etdiyi bu təkliflə bizneslə məşğul olanlar bir sıra üstünlüklər əldə edirlər: üçüncü şəxsin adına olan əmlakları girov kimi əldə etmək olar, satıcıya bank tərəfindən zəmanət verilir, sığortalanma illik əsasda aparılır, icarə haqlarından bir dəfəlik azad olunur, biznes obyektindən kənarlaşdırılması təhlükəsi olmur, əlavə daşınmaz əmlak əldə etmək olur və s.

Qeyd edək ki, biznes ipotekası almaq üçün (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

“Kapital Bank”ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1308
avatar

Oxşar yazılar