“Kapital Bank” növbəti yeniliyi təqdim edib
16 sentyabr 2021 15:38 (UTC +04:00)

“Kapital Bank” növbəti yeniliyi təqdim edib

“Kapital Bank” hüquqi şəxslər və fərdi sahibkarlar üçün növbəti yeniliyi təqdim edib.

Belə ki, artıq hesab ödənişlərini ölkədə geniş şəbəkəyə malik “MilliÖn” terminalları vasitəsilə həyata keçirmək mümkündür. Hesablara ödənişlər zamanı heç bir komissiya tutulmur. Əməliyyat limiti isə 1-15 000 manat təşkil edir.

Qeyd edək ki, “Kapital Bank” kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Bank məhsullarından olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur.

Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər “Kapital Bank”ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur.

# 2358
avatar

Oxşar yazılar