“Kapital Bank” əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi®
12 aprel 2022 10:05 (UTC +04:00)

“Kapital Bank” əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi®

Aprelin 11-də “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə ağacəkmə aksiyası keçirildi. Təşəbbüs çərçivəsində Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən 51 hektar ərazidə ölkə banklarının əməkdaşlarının iştirakı ilə müxtəlif ağaclar əkildi.

Tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, ABA-nın prezidenti Zakir Nuriyev, “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini Yaşar Məmmədov, bankın əməkdaşları və digər rəsmi şəxslər iştirak edirdi. Aksiya çərçivəsində ağacların əkilməsi ilə yanaşı, həmçinin damcılı suvarma sisteminin qurulması işləri də həyata keçirilib.

Bu tədbir ABA və ETSN arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində imzalanan anlaşma memoranduma əsasən baş tutub.

“Kapital Bank” korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq ölkə üzrə müxtəlif ağacəkmə aksiyalarına dəstək göstərir, ötən il ETSN və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə işğaldan azad olunan Zəngilan rayonunda “Zəfərdən Dirçəlişə” adlı aksiyada da iştirak edib.

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, “BirKart” sifarişi üçün – https://kbl.az/tkstcrd.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2196
avatar

Oxşar yazılar