"Kapital Bank" Boğaziçi Universiteti ilə əməkdaşlığını davam etdirir
12 iyul 2021 11:23 (UTC +04:00)

"Kapital Bank" Boğaziçi Universiteti ilə əməkdaşlığını davam etdirir

Xəbər verdiyimiz kimi, "Kapital Bank"ın İnsan Kapitalı Akademiyası dünyanın nüfuzlu universitetlərindən olan və Türkiyədə yerləşən Boğaziçi Universiteti ilə unikal layihə həyata keçirir. “Mükəmməl Menecment” adı altında olan mini-MBA formatında keçirilən liderlik inkişaf proqramı, Bankın kadr potensialının gücləndirilməsi məqsədi daşıyır.

9 iyul 2021-ci il tarixində İstanbul şəhərində proqramın bağlanış mərasimi — “Məzun Günü” keçirilib. Tədbiri giriş sözü ilə açan "Kapital Bank"ın İdarə Heyəti sədri Rövşən Allahverdiyev proqramın əhəmiyyətindən danışıb və Bank üçün əməkdaşlara investisiyanın ən prioritet istiqamət olduğunu vurğulayıb.

Daha sonra Boğaziçi Universitetinin rektoru, professor Melih Bulu iki təşkilat arasında əməkdaşlığın qarşılıqlı faydasından bəhs edib və bu əməkdaşlığı ölkələr arasındakı qardaşlığın nümunəsi adlandırıb. “Məzun Günü” iştirakçıların diplomlarla təltif olunması və universitetdə keçirilən qeyri-rəsmi hissə ilə tamamlanıb.

“Məzun Günü” ilə bağlı məlumat universitetin saytında da dərc olunub – https://haberler.boun.edu.tr/tr/haber/yonetimde-mukemmeliyet-programi-mezunlarini-verdi.

“Artıq ikinci dəfədir ki, keçirilən bu layihədə Bankın müxtəlif rəhbər vəzifələrində çalışan 20 əməkdaşı 7 ay ərzində universitetin professor-müəllimlərindən və bankın təcrübəli ekspertlərindən ibarət heyət tərəfindən tədris aldılar. 2020-ci ildə bütün dünyanı bürüyən pandemiya şəraitinə görə dərslərin bir hissəsi onlayn formatda keçirildi. Bu formatın həm universitet, həm də bizim üçün yeni olmasına baxmayaraq tədrisin gedişatı və nəticələr bizi tam qane etdi. İştirakçılar imtahanlarda iştirak edib və sonda araşdırma layihəsi hazırladılar. Əminəm ki, əldə olunan biliklər gündəlik iş həyatımıza öz müsbət töhfəsini verəcək”, - "Kapital Bank"ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirdi.

Qeyd edək ki, bu layihə ilk dəfə 2019-cu ildə həyata keçirilib. İlk proqramda "Kapital Bank"ın müxtəlif rəhbər vəzifələrində çalışan 18 əməkdaşı iştirak edib və müvafiq diplomlarla təltif ediliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1398
avatar

Oxşar yazılar