"Kapital Bank"ın aktivləri 1 aprel 2021-ci il tarixinə 5,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat olub.
Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2021-ci il tarixinə 4 milyard manat olub.
Bankın 1 aprel 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 705 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.
Qeyd edək ki, "Kapital Bank" Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.