Jurnalistlərə güzəştli ipoteka krediti verilməsinin  ŞƏRTLƏRİ
08 fevral 2022 18:47 (UTC +04:00)

Jurnalistlərə güzəştli ipoteka krediti verilməsinin ŞƏRTLƏRİ

Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş gənc ailənin üzvü olan şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq.

Lent.az-ın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626
avatar

Oxşar yazılar