İlon Mask
12 yanvar 2021 12:36 (UTC +04:00)

İlon Mask

İlon Mask artıq dünyanın ən varlı adamı deyil

Bu yaxınlarda dünyanın ən varlı adamı olan “Tesla” və “SpaceX”in qurucusu İlon Mask bir gündə 14 milyard dollar itirib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, beləliklə, onun “Forbes”in dünyanın ən varlı adamları reytinqindəki birinci yerini “Amazon”un qurucusu Ceff Bezos tutub.

Bununla belə, reytinqə əsasən, dünyanın ən varlı adamlarının hamısı son gün itki ilə üzləşib.

Hazırda “Forbes”in versiyasına görə dünya varlılarının ilk beşliyi belədir:

1.Ceff Bozes – 182,2 milyard dollar (bir gündə 3,6 milyard itirib);

2. İlon Mask – 176 milyard dollar (itki 13,5 milyard);

3. Bernar Arno – 154,6 milyard dollar (itki 0,829 milyard);

4. Bill Qeyts – 121,4 milyard dollar (itki 0,577 milyard);

5. Mark Zukerberq – 94 milyard dollar (itki 3,9 milyard).

2020-ci ilin əvvəlindən bəri dünyada 2200 milyarderin 1.9 trilyon dollar qazandığını bildirmişdik. Onların ümumi sərvəti 20 faiz artaraq 11 trilyon dollara çatıb. Eyni zamanda çinli milyarderlər ən varlılar olublar.

 

 

# 1686
avatar

Oxşar yazılar