Tesla şirkətinin qurucusu İlon Mask
14 may 2021 01:24 (UTC +04:00)

Tesla şirkətinin qurucusu İlon Mask

İlon Mask 15 dəqiqə ərzində “bitcoin”in QİYMƏTİNİ ÇÖKÜRTDÜ

Tesla şirkətinin qurucusu İlon Mask “Twitter” hesabında bir paylaşımla “bitcoin”in bazardakı qiymətini alt-üst etdib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, paylaşımında şirkətin elektromobillərinin alışı zamanı ödənişi “bitcoin”lə qəbul etməyəcəklərini yazıb.

Mask fikrini belə əsaslandırıb ki, “bitcoin”dən istifadə Tesla şirkətinin ekoloji məqsədlərinə ziddir: 

“Tweet”dən 15 dəqiqə sonra “bitcoin”in qiyməti 54.829 dollardan  52.593-ə enib. 

Beləliklə, dünyanın ən məşhur kriptovalyutası 15 dəqiqə ərzində öz bazar dəyərinin 4%-ni itirib. Daha sonra onun qiyməti 50.800 dollara düşüb. 

# 1713
avatar

Oxşar yazılar