Həkimlər xilas edə bilmədi...
28 avqust 2021 22:33 (UTC +04:00)

Həkimlər xilas edə bilmədi...

Ağstafada piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Cahangir Mahmudovu vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, yaşlı kişi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4137
avatar

Oxşar yazılar