"İki aya yaxındır Gorus-Qafan yolunda Dövlət Gömrük Komitəsinin müvafiq postu yaradılıb. Digər sərhəd-keçid məntəqələrimizdə olan beynəlxalq səviyyədə tanınmış Azərbaycan Respublikasının sərhədlərinə daxil olan vətəndaşlar, nəqliyyat vasitələri, yüngül nəqliyyat vasitələri necə vergilərə tabe tutulursa, Gorus-Qafan yolunda Azərbaycan ərazisinə daxil olan xarici avtonəqliyyat vasitələri və vətəndaşlar o qaydada qeydiyyatdan keçir və gömrük rüsumunu ödəyərək ölkə ərazisinə daxil olurlar".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
Qarşı tərəfin də bu cür addım atacağı məsələsinə şərh olaraq DGK sədri bildirib ki, onların hansıda adım atıb-atmayacağını deyə bilmərik:
"Ora Azərbaycan Respublikasının ərazisidir. Bizim nəqliyyat vasitələri qarşı tərəfə daxil olarkən nə edəcəkləri barədə düşünmələri onların işidir. Bu günə qədər Gorus-Qafan yolundan dövlət büdcəsinə 2 milyon manata yaxın vəsait toplanıb".