Ən gənc milyarderlərin qazancı  AÇIQLANDI
10 aprel 2022 19:30 (UTC +04:00)

Ən gənc milyarderlərin qazancı AÇIQLANDI

“Forbes” jurnalı 2022-ci ildə ən gənc milyarderlərin qazancını açıqlayıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onların ümumi sərvəti 25,8 milyard dollara çatıb.

Yaşı 30-dan aşağı olan milyarderlərin reytinqinə 12 nəfər daxil edilib, onlardan 4-ü təkbaşına sərvət qazanan yeni insanlardır.

Sem Benkman-Fried ilə FTX kriptovalyuta birjasını quran 29 yaşlı amerikalı Qeri Vanq (5,9 milyard dollar) siyahıya başçılıq edib. Birja 2019-cu ildən fəaliyyət göstərir, onun gündəlik əməliyyatlarının həcmi 15 milyard dollara çata bilər.

İkinci yerdə onlayn ödəniş xidməti olan “Bolt”u yaratmaq üçün Stenford Universitetini tərk edən 27 yaşlı Rayan Breslou qərarlaşıb. Onun sərvəti 2 milyard dollar qiymətləndirilir.

Üçüncü yerdə hər biri 1,5 milyard dollarlıq sərvətlə Pedro Françeski və Enrike Duburqas qərarlaşıb. Onlar hazırda 12,3 milyard dollar dəyərində olan “Brex” kredit kartı startapını işə saldılar.

12 gənc milyarderdən beşinə sərvətləri miras kimi qalıb, yeddisi isə öz bizneslərini inkişaf etdirib.

Məlumdur ki, 30 yaşadək milyarderlərin ötənilki reytinqində 10 nəfər var idi, lakin onların ümumi sərvətinin məbləği qrupun 2022-ci ildəki vəziyyətindən 3,7 milyard çox idi.

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask ilk dəfə “Forbes”in dünyanın ən varlı adamlarının ümumi reytinqinə başçılıq edib. Martın 11-nə onun sərvəti 219 milyard dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971
avatar

Oxşar yazılar