Yararsız məhsul
20 oktyabr 2021 17:44 (UTC +04:00)

Yararsız məhsul

"Elşən-Gülşən" mağazasında REYD

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sabirabad rayonu, Qaragüney kəndində yerləşən, Muradov Əvəz Sarxan oğluna məxsus “Elşən-Gülşən” ərzaq mağazasında yoxlama keçirib.

AQTA-dan Lent.az-a verilən məlumata görə, yoxlama zamanı mağazada sanitar gigiyenik qaydalara əməl olunmadığı, istifadə müddəti bitmiş və etiket məlumatları olmayan qida məhsullarının saxlanıldığı aşkar olunub.

Həmçinin mağazada təmizlik işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Agentlik istehlaka yararsız qida məhsullarının satışının qadağan edilməsi barədə qərar qəbul edib, müəssisə rəhbərliyi barədə qanunvericiliyə uyğun müvafiq tədbirlər görüb. Faktla bağlı araşdırmalar davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2130
avatar

Oxşar yazılar