
Əli Həsənovun ailəsinə məxsus şirkətlər ləğv olunur

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK-nın ləğv olunduğu elan edilb.
Lent.az bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.

Oxşar yazılar

Bu ölkədən Azərbaycana pivə ixracı AZALDI
20 yanvar 2021 , 19:48
Post-müharibə dövrünün Azərbaycanı: Qarabağın bərpası, böyük sərmayələr, onminlərlə iş yeri
20 yanvar 2021 , 13:30
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər xiyabanını ziyarət edib
20 yanvar 2021 , 11:56
Azərbaycanda yeni qızıl yatağı tapıldı
19 yanvar 2021 , 13:59
Azərbaycandan ABŞ-da oynanılan lotoreyada 1,5 milyard dollardan çox qazana biləcəyinizi buradan öyrənin
19 yanvar 2021 , 13:08
Avropa Birliyi dolları zəiflətməyə hazırlaşır
19 yanvar 2021 , 11:06
Kapital Bank artıq Qubadlıda!
19 yanvar 2021 , 10:35
Valyuta məzənnələri: rubl və lirədə dəyişikliik
19 yanvar 2021 , 08:56